Səfir: "İran Qüds məsələsinə həssas yanaşır"

Bakı. 12 dekabr. REPORT.AZ/ "İran Qüds məsələsinə həssas yanaşır. İran çalışır ki, regionda sülh olsun, müharibələr olmasın".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. 

"Çalışırıq ki, insanlar yurd-yuvalarından didərgin düşməsinlər, rahat yaşasınlar. Müsəlman ölkələri bir olmalıdırlar, bu birlik qüdrətli olmalıdır. Bu məsələlər sabah İstanbul toplantısında müzakirə ediləcək", - səfir əlavə edib.

Digər xəbərlər