Ermənistan və ABŞ TRIPP-in icrasını müzakirə edib

Ermənistan və ABŞ-nin işçi qrupları videokonfrans formatında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin icrasını müzakirə ediblər.

"Report" Ermənistan XİN-ə istinadən xəbər verir ki, görüş nazir müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Piter Andreolinin həmsədrliyi ilə keçirilib.

Tərəflər Xartiyada nəzərdə tutulmuş sahə təşəbbüslərinin icrasının gedişini, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri, eləcə də ikitərəfli gündəliyin digər istiqamətlərini müzakirə ediblər.

Digər xəbərlər