Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında "İstehlakçının Qorunması, Bazar Nəzarəti və Yoxlanışı Sahələrində Əməkdaşlığa Dair Anlaşma Memorandumu imzalanıb", - məlumatda bildirilib.

İki ölkənin xarici işlər nazirlikləri arasında "Sülh, Barışıq və Münaqişələrin Həlli Mövzusunda Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" razılaşdırılıb.

Bundan başqa, Türkiyə ilə Qətər arasında "Təhsil Sahəsində Əməkdaşlıq Sazişi" bağlanıb:

"Türkiyə ilə Qətər Dövləti arasında Yüksək Strateji Komitənin On İkinci İclasının Birgə Bəyannaməsi" və "Qarşılıqlı Müdafiə Sazişi imzalanıb".

Qeyd edək ki, sənədlərin imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Ali Tani arasında keçirilən görüşdən sonra baş tutub.

Digər xəbərlər