İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri ABŞ ordusunun Bəhreyndə yerləşən radar sisteminə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Aerokosmik Qüvvələri bir neçə saat əvvəl İranın Sirik şəhərinə endirilən hava zərbəsinə cavab olaraq Bəhreyndəki ABŞ-a məxsus erkən xəbərdarlıq radar sistemini hədəfə alıb və onu məhv edib.