Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO

Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, kinoteatr 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.

2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.

Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.

Digər xəbərlər