Kuntsevo rayonunda (Moskvanın qərbi) baş verən yanğın zamanı iki nəfər ölüb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, yanğına səbəb odla ehtiyatsız davranış olub.
Hadisənin səbəbini müəyyən etmək üçün yanğın-texniki ekspertiza keçiriləcək.