Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd edən şəxs saxlanılıb

Ermənistanda ölkənin Milli Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd edən şəxs saxlanılıb.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib.

"Cinayət törətməkdə şübhəli bilinən bir nəfər həbs edilib və istintaq orqanına təhvil verilib", - mətbuat katibi qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40