Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Rusiyanın Altay diyarının Kulunda kəndində çoxmənzilli binada qaz partlayışı nəticəsində 14 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən bildirilib.

"Binada 127 nəfər yaşayır, onlar üçün iki müvəqqəti yerləşdirmə məntəqəsi açılıb. Partlayışdan sonra bina yoxlanılmayana qədər ora daxil olmaq olmaz. İlkin məlumata görə, xəsarət alanların sayı 14 nəfərdir ki, onlardan da biri dağıntılar altında ola bilər", - agentliyin həmsöhbəti bildirib.

Məlumata görə, hadisə yuxarı mərtəbədəki mənzillərin birində baş verib, iki blokda dördüncü və beşinci mərtəbələr çöküb.

Hadisə yerində müvafiq xidmətlər işləyir.

Digər xəbərlər