DMM: "Malatya ayağa qalxıb" iddiası dezinformasiyadır

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə "Malatya ayağa qalxıb" ifadəsi ilə yayılan görüntülərin köhnə olduğunu və ictimaiyyəti yanıltmaq məqsədilə yenidən paylaşıldığını açıqlayıb.

"Report" xəbər verir ki, DMM-in "X" sosial şəbəkə hesabında bəzi media platformalarında təxribatçı ifadələrlə yayılan paylaşımlar tamamilə əsassız adlandırılıb.

Qeyd olunub ki, Malatyada hazırda belə bir hadisə (etiraz alsiyası-red.) baş verməyib. Araşdırmalar nəticəsində yayılan görüntülərin köhnə tarixə aid olduğu, həqiqi kontekstindən çıxarılaraq ictimaiyyəti yanıltmaq məqsədilə qəsdən yenidən dövriyyəyə buraxıldığı müəyyən edilib.

Açıqlamada, həmçinin ictimai asayişi pozmağa yönəlmiş bu əsassız iddiaları hazırlayan və yayan şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görüldüyü bildirilib.

Digər xəbərlər