Türkiyənin cənubundakı Şanlıurfa şəhərinin Ceyranpınar rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə səhiyyə, yanğınsöndürmə və jandarm qrupları yönləndirilib.
Qəzada avtomobillərdən birinin sürücüsü və sərnişin həlak olub, beş nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.