Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 14 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərindən Amasyaya cənazə daşıyan mikroavtobus aşıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Əraziyə polis və jandarm qüvvələri, yanğınsöndürən briqadaları cəlb olunub.

Digər xəbərlər