Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanda Konstitusiya layihəsi dərc olunub, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.

Sənəd 89 maddədən ibarətdir.

Sənəddə vurğulanıb ki, referenduma çıxarılmış Konstitusiya və ya Konstitusiyaya düzəlişlər, əgər onların lehinə referendum iştirakçılarının yarısından çoxu, ancaq referendumlarda iştirak etmək hüququna malik olan vətəndaşların ən azı üçdə biri səs verərsə, qəbul edilmiş sayılır.

Digər xəbərlər