İran futbol üzrə dünya çempionatında (DÇ-2026) mübarizəni dayandırandan sonra ABŞ "sevindiyindən rəqs edib".
"Report" xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallin deyib.
Belə ki, M. Mallin İranın DÇ-2026-da növbəti mərhələyə adlaya bilməməsini məmnuniyyətlə qarşılayıb.
Onun bu sözləri İranda etirazla qarşılanıb. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında "Missiya yerinə yetirilib, cənab Mallin" yazıb:
"Siz başqa bir şeyə də nail oldunuz: dünyaya sübut etdiniz ki, beynəlxalq turnirin təşkilatçılığını bacarmırsınız. Sizin davranışınız ev sahibi statusunun verdiyi etimadı doğrultmur".
Xatırladaq ki, İran millisi DÇ-2026-da mübarizəni qrup mərhələsində dayandırıb. G qrupunda çıxış edən komanda 3 xalla 3-cü yeri tutaraq pley-offa yüksələ bilməyib.
Komandanın qrupdakı nəticələri belə olub:
I tur: İran - Yeni Zelandiya - 2:2
II tur: Belçika - İran - 0:0
III tur: Misir - İran - 1:1
Komandanın baş məşqçisi Əmir Qalenoy bildirib ki, İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər: "Bəxt bizim tərəfimizdə olmayıb".