Rusiyada əcnəbilərin ölkədən çıxarılmasına əsas verən inzibati hüquqpozuntuların sayı 22-dən 45-ə yüksəldilir.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin miqrasiya xidmətinin bəyanatında bildirilib.
Məlumata görə, bu dəyişiklik sabahdan etibarən qüvvəyə minir.
"2026-cı il noyabrın 3-dən miqrasiya sahəsində pozuntulara görə məsuliyyət sərtləşdirilir. Ölkədən çıxarılma şəklində sanksiya nəzərdə tutan maddələrin ümumi sayı 45-ə çatıb", - DİN-dən qeyd edilib.