Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə qarşısına iqtisadi öhdəliklərin həyata keçirilməsinə mane olmaq tapşırığı qoyulmuş qüvvələrin mövcud olduğunu bildirib.
"Report" xəbər verir ki, o bunu parlamentdə 2027-ci il dövlət büdcəsinin ilkin müzakirəsi zamanı deyib.
"Müəyyən qüvvələrin qarşısına Ermənistanın nəzərdə tutulmuş iqtisadi öhdəliklərini yerinə yetirə bilməməsinə nail olmaq tapşırığı qoyulub. Ermənistanın daxilində gizli planı həyata keçirmək üçün resurslar yoxdur. Ermənistanda bütün bu prosesi müəlliflərin özlərinin "gizli plan" adlandırdıqları bir şərti terminlə ifadə etmək olar", - o qeyd edib.
Paşinyan bu planın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiyada müəyyən dairələrdə dəstəkləndiyini vurğulayıb.
"Aydındır ki, bu plan Aİİ və Rusiyada müəyyən dairələrin dəstəyinə malikdir. Bunun da öz səbəbləri var, çünki Ermənistana tamamilə konkret vədlərlə insanlar göndərilib", - o bildirib.