İranın Qeşm adasında partlayış səsləri eşidilib

İranın Qeşm adasında partylayış səsləri eşidilib, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus 2 kəşfiyyat dronunun ələ keçirildiyini, bir pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Qeşm adasında bir neçə partlayış səsi eşidilib. Henqam və Bəndər-Abbas sakinləri də bu partlayışların səsini eşidiblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, partlayışların səbəbi hələ bəlli deyil və əlavə məlumatlar daha sonra açıqlanacaq:

"Bir saat əvvəl SEPAH ABŞ-yə məxsus 2 kəşfiyyat PUA-sının ələ keçirilməsi və digər bir dronun məhv edilməsi barədə məlumat verib".

Digər xəbərlər