Egey dənizində 38 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 38 nəfər saxlanılıb.

"Report" "HaberGlobal"a istinadən verir ki, miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Seferihisar sahillərində aşkarlanıblar.

Qeyd olunub ki, miqrantları daşıyan rezin qayığın mühərrikində nasazlıq yaranıb və Sahil Mühafizə Xidmətinin əməkdaşları daxil olan məlumat nəticəsində hadisə yerinə cəlb olunublar.

Qayıqdan biri uşaq olmaqla 38 qeyri-qanuni miqrantı xilas edilib. Dənizi keçməyə cəhd göstərən şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

Digər xəbərlər