Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qoşunların təmas xəttindəki son vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunub.