Ağdamda Şəhər Günü münasibətilə yarmarka, incəsənət sərgisi və digər mədəni tədbirlər keçirilir.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, tədbirlər şəhərin İmarət Kompleksində təşkil edilib.
Yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim edilib. Qonaqlara təqdim olunan milli mətbəx nümunələri – plov, qutab, şirniyyat və çay bayram tədbirlərinə xüsusi rəng qatıb.
Həmçinin DJ çıxışı, maskotların iştirakı, canlı milli musiqi proqramı iştirakçılara bayram ovqatı yaşadıb.