Ağdam Muğam Mərkəzinin qapalı zalında "Ağdama qayıdış" sənədli filmi nümayiş olunub.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, 20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərdə silsilə tədbirlər davam etdirilir.
Bu çərçivədə məktəblilər üçün şəhər 1 saylı orta məktəbində Ağdam Dövlət Dram Teatrının Azərbaycan xalq nağılı əsasında hazırladığı "Göyçək Fatimə" tamaşası göstərilib.
Daha sonra tədbirlər Ağdam Muğam Mərkəzində davam etdirilib. Mərkəzində incəsənət sərgiləri təşkil olunub, məktəblilər üçün rəsm üzrə ustad dərsləri keçirilib. Bundan başqa, Mərkəzin zalında Azərbaycanın qədim milli musiqi alətəri sərgilənib, onların tarixi barədə ziyarətçilərə geniş məlumat verilib.
Mərkəzin səhnəsində "Ağdam üçün oxu" klipi nümayiş etdirilib.
Ağdam Muğam Mərkəzinin amfiteatrında isə "Qaya" qrupunun iştirakı ilə mini-konsert proqramı təqdim edilib. Muğam Mərkəzinin qapalı zalında şəhər haqqında "Ağdama qayıdış" sənədli filminin nümayişi baş tutub.