Ağdam şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupun iclası başa çatıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, ölkənin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Toplantıda İşçi qrupun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə yerli xammal materiallarına çıxış prosedurlarının sadələşdirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş işlər, bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib.
İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, eləcə də fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahından verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə olunub.
Ağdam şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupun iclası başlayıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, ölkənin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.
İclasda "İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti" mövzusu müzakirə olunur.