XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var

Bakı. 22 fevral. REPORT.AZ/ Xocalı faciəsində törədilən cinayətlərin günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün istifadə olunan gücün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilməyəcəyini başa düşməlidir. 

"Status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır", - XİN-in mətbuat xidmətinin rəhbəri deyib.

Digər xəbərlər