Növbəti köç karvanı Suqovuşana çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2

Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, açarların təqdim edilməsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər. Artıq doğma kəndində köçən ailələrin sayı 126-ya çatdırlıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır.

14:25

Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 

Qeyd edək ki,  artıq Suqovuşana köçün 3-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 126 ailənin köçürülməsi təmin edilib.

13:54

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə - bu il aprelin 5-də isə kəndə 53 ailə - 174 nəfər köçürülüb.

Xəbər lenti