Səfir: Minatəmizləmə sahəsində Macarıstan Azərbaycana dəstək göstərməyə davam edəcək

Macarıstan Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərməyə davam edəcək.

Bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O qeyd edib ki, Macarıstan 2021-ci ildən etibarən Azərbaycanın minatəmizləmə prosesinə dəstək verir:

“Bu dəstək davam edəcək. Biz bütün minatəmizləmə tədbirlərinə, konfranslarına qatılırıq və qatılacağıq. Ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlər yüksək səviyyədədir. Bu il də siyasi məsləhətləşmələr mütləq yüksək səviyyədə olacaq”.

Xəbər lenti