Paşinyan: "Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ-ın roluna böyük əhəmiyyət verirəm"

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunu həmsədri kimi ABŞ-ın roluna böyük əhəmiyyət verirəm”.

“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Donald Trampa ünvanladığı məktubda vurğulayıb.

“Ümid edirəm ki, birgə səyimizlə regionun sabitliyi və təhlükəsizliyi naminə problemin dinc yolla həllinə nail olacağıq”, -  Ermənistan hökumətinin başçısı bildirib. 

Digər xəbərlər

Azərbaycanda Anım Günüdür 27 sentyabr, 2026 / 00:00