Parlament sədri: "Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə görür"

Bakı. 30 yanvar. REPORT.AZ/ "Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız sülh yolu ilə görür".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yaponiya parlamentinin sədri Tahamori Oşima ermənistanlı həmkarı Qalust Saakyanla Tokiodakı görüşdə deyib.

Parlament sədri Yaponiyanın ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb: "Problemlər yalnız sülh yolu ilə həll olunmalıdır."

Digər xəbərlər