Mehriban Əliyeva Zəfər paradı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Zəfər paradı ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, Mehriban Əliyeva yazıb:

“Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər”.

Digər xəbərlər