Azərbaycan hərbçiləri Ermənistana məxsus PUA-nı məhv edib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan ordusu Ermənistana məxsus PUA-nı məhv edib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Digər xəbərlər