İlham Əliyev: "Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib"

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri;

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Xəbər lenti

Amerika Çinlə barışmaq istəyir 10 aprel, 2025 / 23:34