Böyük Britaniya səfiri: "Azərbaycanın işğaldan azad edilmiş əraziləri sürətlə bərpa olunur"

"Bir çox Böyük Britaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edir".

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Kəlbəcərdə jurnalistlərə bildirib.

O ölkəsinin minatəmizlənməsi məsələsində UNDP-ni maliyyələşdirdiyini, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) texniki dəstək verdiyini vurğulayıb.

Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sürətlə bərpa edilməsini görməkdən məmnun olduğunu deyib.

Digər xəbərlər