Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Laçındakı qalereyanı ziyarət edib.
"Report"un əməkdaşı xəbər verir ki, qonaqlara ölkənin zəngin mədəni irsini əks etdirən Azərbaycan xalçaçılığı, rəssamlıq, keramika və digər dekorativ-tətbiqi sənət növlərinə aid nümunələr təqdim olunub.
Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət edəcəklər.