Belarus Azərbaycanda həyata keçirilən müxtəlif infrastruktur layihələrində iştirak edir.
“Report”un məlumatına görə, bu barədə jurnalistlərə Belarus səfiri Dmitri Pineviç bildirib.
"Biz sənayenin inkişafında iştirak edirik", - diplomat qeyd edib.
O, həmçinin Laçına səfəri ilə bağlı sevincini ifadə edib. "Özündə bu qədər elementləri ehtiva edən bu şəhərdə olmaqdan böyük zövq alıram", - səfir vurğulayıb.