Azərbaycanın xarici işlər naziri Fransaya gedəcək

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.

"Report"un məlumatlı mənbələrə istinadən verdiyi xəbər görə, səfər yanvarın 16-dan 18-dək davam edəcək. 

E.Məmmədyarov Fransa rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq. 

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Parisdə YUNESKO-nun mənzil-qərargahında olacaq və burada da bir sıra görüşlər keçirəcək.

Digər xəbərlər