Oktyabrın 5-də, saat 15:00-da ləğv prosesində olan "Günay Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 75C ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin təşkilati-strukturu və ştat cədvəli, büdcəsi, Ləğvetmə Komissiyasının fəaliyyəti və digər məsələlərin müzakirə edilməsi daxildir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı iyunun 24-də "Günay Sığorta"nın lisenziyasını ləğv edib. 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.