| Azərbaycan ÜDM-inin artım tempinin 2022-ci ildə 4,5 %, 2023-cü ildə isə 2,5 % olacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional İqtisadi Perspektivlərin Yenilənməsi” (Regional Economic Prospects Update) barədə hesabatının may sayında deyilir. Əvvəlki (mart) hesabatı ilə müqayisədə EBRD bu il Azərbaycanda iqtisadi artım proqnozunu 0,5 faiz bəndi azaldıb, 2023-cü il üçün isə dəyişməz saxlayıb. “Enerji daşıyıcılarının qiymətinin artması, çox güman ki, ən azı qısamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək. Güclü ixrac gəlirlərinin qeyri-enerji sektorlarını yüksək artım tempində saxlayacağı gözlənilir, hərçənd kənd təsərrüfatı məhsullarının Rusiya və Ukraynaya ixracına zərər dəyə bilər. Ortamüddətli perspektivdə yüksək inflyasiyanın sabit məzənnə ilə birləşməsinin qeyri-neft sektorunda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcəyi və iqtisadiyyatın zəruri şaxələndirilməsinə mane ola biləcəyi ilə bağlı ciddi risk qalmaqdadır”, - bankın hesabatında deyilir. Hesabat müəllifləri qeyd edirlər ki, ərzaq qiymətlərinin yüksək olması inflyasiyanın 2022-ci ilin yanvar-mart ayları arasında illik orta hesabla 12,2 %-ə qədər sürətlənməsinə səbəb olub. Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsini beş dəfə artıraraq 2022-ci ilin martında 7,75 %-ə çatdırıb. EBRD hesab edir ki, 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın bərpası qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın qeyri-karbohidrogen hissəsi 2021-ci ildə 7,2 %-lik artım göstərib, o cümlədən də xidmətlər və istehsal sahələri hesabına: “Buna baxmayaraq, 5,6 % səviyyəsində olan ümumi ÜDM artımı gözləntiləri üstələsə də, OPEC+ çərçivəsində neft hasilatı kvotaları fonunda neft hasilatının məhdudlaşdırılması ilə yavaşlayır. Tələbata gəlincə, istehlakda bərpa güclü olub, lakin investisiyalar 7,3 % azalıb. Karbohidrogenlərin üstünlük təşkil etdiyi ixrac 2021-ci ildə real ifadədə 17 % artıb, neft və qaza tələbat və onların qiymətlərin artması isə xeyli xarici “əlavələr”ə səbəb olub. 2022-ci ilin birinci rübündə ÜDM artımı illik müqayisədə 6,8 %-ə qədər sürətlənib”. EBRD vurğulayıb ki, hazırda müharibə şəraitində olan Ukraynanın iqtisadiyyatı ilə yanaşı, Şərqi Avropa və Qafqaz (EEC) regionunun digər ölkələri də ticarətin pozulmasından, yüksək enerji və taxıl qiymətlərindən, qaçqın axınından və beynəlxalq maliyyə bazarlarına çıxışın məhdudluğundan əziyyət çəkir. “Ukraynadakı müharibənin təsirləri inflyasiyanın yüksək səviyyədə saxlanmasına, səbəb olacaq, ev təsərrüfatlarının büdcələrinə və dövlət maliyyəsinə təzyiq göstərəcək. Bu regionda Ermənistan və Gürcüstanın Rusiya, Ukrayna və Belarusa ixracat payı yüksəkdir. Onları 2022-ci ildə ciddi azalma gözləyir. Gürcüstan Rusiya və Ukraynadan gələn turist axınının azalmasından da zərər görə bilər ki, bu da onsuz da zərər çəkmiş qonaqqarşılama (hospitality) sənayesinə böyük təsir göstərəcək, Ermənistan isə Rusiyadan pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması səbəbindən həssas vəziyyətdədir. Moldovanın kövrək iqtisadiyyatı ukraynalı qaçqınların axını qarşısında güclə tab gətirir və zəif enerji dayanıqlığından əziyyət çəkir. Azərbaycan əsas karbohidrogen ixracatçısı və Avropaya potensial alternativ (Rusiya ilə müqayisədə) qaz tədarükçülərindən biri olduğuna görə, ən azı qısamüddətli perspektivdə enerji sektorundakı cari artımlardan faydalana biləcək yeganə region ölkəsidir. Qısamüddətli perspektivdən savayı, mümkün post-münaqişə ssenarilərinin iqtisadi təsirini qiymətləndirmək hazırda çətindir, lakin onlar regiondakı geosiyasi proseslərə çox həssasdır”, - hesabatda deyilir. |
EBRD Azərbaycanın Şərqi Avropa və Qafqaz regionu ölkələri arasında üstünlüklərini açıqlayıb
Digər xəbərlər
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
24 oktyabr, 2026 / 17:23
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
24 oktyabr, 2026 / 16:25
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
24 oktyabr, 2026 / 13:00
Azərbaycanda istehlakçılara satılmış mal və xidmətlərin dəyəri 65 milyard manatı ötüb
24 oktyabr, 2026 / 11:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.10.2026)
24 oktyabr, 2026 / 09:33
Assist Finance İnvestisiya Şirkətinin istiqrazlarına 62 investor maraq göstərib
23 oktyabr, 2026 / 18:03
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
23 oktyabr, 2026 / 17:15
Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
23 oktyabr, 2026 / 17:12
Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb
23 oktyabr, 2026 / 16:53
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
23 oktyabr, 2026 / 16:53
AMB CAREC çərçivəsində lokal valyutalarda istiqraz bazarını müzakirə edib
23 oktyabr, 2026 / 16:50
Azərbaycan və Özbəkistan maliyyə sektorunda qarşılıqlı təcrübə mübadiləsi aparıb
23 oktyabr, 2026 / 14:22
Azərbaycan elm xərclərini 12 %-dən çox artırır
23 oktyabr, 2026 / 14:13
Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır
23 oktyabr, 2026 / 14:11
Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq
23 oktyabr, 2026 / 14:09
Azərbaycan seçki və statistika tədbirlərinə xərcləmələri 10 %-ə yaxın artırır
23 oktyabr, 2026 / 14:02
Əli Məsimli: Azərbaycanda 500 milyon manat kapitallı Aqrar-Sənaye Bankı yaradıla bilər
23 oktyabr, 2026 / 13:30
AllAllFinance maliyyə vəziyyətini açıqlayıb
23 oktyabr, 2026 / 12:18
Hesablama Palatasının auditorunun vaxtı uzadılıb
23 oktyabr, 2026 / 11:45
Deputat: Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb
23 oktyabr, 2026 / 11:37