2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manat vəsait daxil olub.
"Report" quruma istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,5 %, proqnozdan isə 5,5 % çoxdur.
Ötən il vergi daxilolmalarının 12 milyard 6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 8,9 %, proqnozdan isə 2,9 % çoxdur.
Xatırladaq ki, ötən il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməli idi.