Dövlət Reklam Agentliyi auditor seçir

Dövlət Reklam Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 110 manatdır.

İddiaçılar təkliflərini fevralın 17-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə fevralın 17-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il də bu tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 34 min manat ödənilib.

Digər xəbərlər