Azərbaycanın bu il oktyabrın 1-nə 16 milyard 230,1 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 766,2 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 463,9 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 56 %-i 5 ilə qədər, 44 %-i isə 5 il və daha artıq müddətli olub.
Hesbaat tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,64 il təşkil edib. Cari ilin 3 ayında daxili maliyyə bazarında qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.