Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 12 milyard 026 milyon manat olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 087,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.
9 ayda hər bir ölkə sakini orta hesabla 1 170,7 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 139,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.