Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 268,7 milyon manat vəsait yönəldib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.
Hesabat dövründə xarici investisiyaların 248,7 milyon manatı (92,5 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran və Fransa sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, yanvarda Azərbaycanda əsas kapitala 1 milyard 553 milyon manat və yaxud ötən ilin yanvar ayı ilə müqayisədə 37,4 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna investisiyalar 44,5 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 34,1 % artıb.