Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 2 milyard 233,2 milyon manat vəsait yönəldib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 2 milyard 038,6 milyon manatı (91,1 %-i) Böyük Britaniya, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.