ARDNF-in qızıl ehtiyatları 165 tonu keçib

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 42,6 % təşkil edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 12,7 faiz bəndi azdır.

Hesabat dövründə portfeldə səhmlərin payı 25,7 %-dən 24,8 %-ə düşüb.

Əvəzində qızılın payı 13,2 %-dən 25,8 %-ə, daşınmaz əmlakın payı isə 5,8 %-dən 6,8 %-ə yüksəlib.

Hazırda ARDNF-in ehtiyatlarında 165,3 ton qızıl var ki, bu da 1 il əvvələ nisbətən 60,7 ton və yaxud 58 % çoxdur.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06