AMB manatda likvidliyin örtülməsi əmsalının tətbiqinə hazırlaşır

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ildən manatda likvidliyin örtülməsi əmsalı tətbiq etməyi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Bununla da xarici valyutada tələbin yerinə milli valyutada tələb gətiriləcək. Əsas məqsəd dollarlaşmanı manatizasiya etməkdir. Manatlaşma meyillərini artırmaq üçün bu əmsalı tətbiq etmək istəyirik", - deyə o qeyd edib.

Digər xəbərlər