AMB: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir

Azərbaycanın bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.

Sənədə əsasən, bu il yanvarın 1-nə bank sisteminin qısa açıq valyuta mövqeyi 329 milyon manat, bank sisteminin açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti göstəricisi isə 5,3 % təşkil etməklə, normativ tələblər çərçivəsində olub. “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na əsasən sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üzrə maksimum limit (- 20%,+20%) (1 valyuta üzrə [-10%,+10%]) təşkil edir.

Xəbər lenti