AFBİA-nın ümumi yığıncağı keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ümumi yığıncağı keçirilib.

“Report” bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.

Məlumata görə, MDM-in əməkdaşlarının da iştirak etdiyi tədbirdə koreyalı ekspertlərin təkrar bazar əməliyyatlarında hesablaşmaların təşkili ilə bağlı təklifləri, korporativ repo predmetlərinə tələblər və digər mövzular ətraflı müzakirə edilib.

Xatırladaq ki, AFBİA 2007-ci ildə yaradılıb. Onun əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsidir. Assosiasiyaya MDM də daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.

Digər xəbərlər