Voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

"Report"un məlumatına görə, "Milli Aviasiya Akademiyası" mükafata sahib çıxıb.

Kollektiv üçüncü yer uğrunda ikinci görüşdə "Gəncə"ni 3:2 hesabı ilə məğlub edib.

İlk qarşılaşmada 3:1 hesabı ilə üstün olan "Milli Aviasiya Akademiyası" çempionatda bürünc medalı rəsmiləşdirib.

Xəbər lenti