14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışı keçir.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Komanda hazırlıq prosesində Serbiyanın "Partizan" və "Srvena Zvezda" ilə yoxlama oyunlarında üz-üzə gələcək.
Toplanış noyabrın 22-də başa çatacaq.