Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında uğurla çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüblər.
"Report" xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.