Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə başa vurub

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatını beşinci pillədə başa vurub.

"Report"un məlumatına görə, baş məşqçi Gökhan Edmanın rəhbərlik etdiyi kollektiv beşinci yer uğrunda görüşdə Gürcüstan yığmasını 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində keçirilən yarışda Azərbaycan millisi A qrupunda Polşa və Latviya seçmələrinə 0:3 hesabı ilə uduzub.

Finalda Polşa yığması Ukrayna komandasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər