Azərbaycan Basketbol Liqasında IV tur başlayır

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.

Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xalla liderdir. NTD 3 xalla yeddinci pillədə qərarlaşıb.

Digər xəbərlər